24 noyabr

Baltik dənizində genişmiqyaslı NATO təlimi başlayıb

Baltik dənizində NATO-nun genişmiqyaslı hərbi təlimi start götürüb.

Təhlil.az xəbər verir ki, təlimlər 24 noyabr – 4 dekabr tarixləri arasında keçiriləcək.

Təlimdə Belçika, Danimarka, Estoniya, Fransa, Almaniya, Latviya, Litva, Niderland, Polşa və ABŞ donanmalarına məxsus gəmilər və şəxsi heyət, həmçinin NATO-nun 1-ci Daimi Mina Qarşı Mübarizə Qrupu iştirak edir.

Ümumilikdə təlimə təxminən 5000 hərbçi, 20-dən çox hərbi gəmi, eləcə də qırıcı təyyarələr, helikopterlər və dəniz müşahidə təyyarələri cəlb olunub.

Təlimlərin məqsədi NATO qüvvələrinin birgə əməliyyat qabiliyyətini və regional təhlükəsizlik koordinasiyasını gücləndirməkdir.