24 noyabr

Rusiyada miqrant uşaqların yalnız 19%-i məktəblərə qəbul olunub

Rusiyada miqrant uşaqların cəmi 19 faizi rus dili imtahanından keçdikdən və tələb olunan bütün sənədləri təqdim etdikdən sonra məktəblərə qəbul olunub.

Təhlil.az xəbər verir ki, bu barədə Rosobrnadzorun rəhbəri Anzor Muzayevin açıqlamasına istinadən xəbər yayıb.

A. Muzayev bildirib ki, qəbul prosesi iki əsas tələbə əsaslanır: tam sənəd paketinin təqdim olunması və rus dili üzrə imtahanın müvəffəqiyyətlə verilməsi.

“İki tələbi yerinə yetirdikdən sonra tam sənədlər paketini təqdim etdikdən və rus dilini bildiklərini təsdiqlədikdən sonra uşaqların təxminən 19%-i məktəblərə qəbul ola bilib. Bu o deməkdir ki, onlar düzgün sənədlərə sahib olublar və imtahandan keçiblər,” – deyə o, qeyd edib.

Rəsmi qurum miqrant uşaqların təhsil prosesinə inteqrasiyasının çətinliklər yaratdığını, buna görə yeni mexanizmlər üzərində iş aparıldığını bildirir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?