24 noyabr
Kritik telefon diplomatiyası: Putin və Ərdoğan yenidən əlaqədə

Kreml sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bazar ertəsi günortadan sonra telefon danışığı aparmağı planlaşdırdıqlarını açıqlayıb.
Təhlil.az-ın məlumatına görə, bir gün əvvəl Ərdoğan mətbuat konfransında bildirib ki, Ukrayna münaqişəsini Putinlə telefon söhbəti zamanı müzakirə etmək niyyətindədir. Türkiyə lideri həmçinin Qara dəniz taxıl dəhlizinin bərpası məsələsini gündəmə gətirəcəyini vurğulayıb:
“Bu prosesi yenidən başlatmağıma icazə verməsini xahiş edəcəyəm, çünki inanıram ki, bu, hər kəs üçün faydalı olacaq”, – deyə, Ərdoğan qeyd edib.
Telefon danışığında iki ölkə liderinin regional təhlükəsizlik və humanitar məsələləri də müzakirə edəcəyi gözlənilir.
Bu gün