24 noyabr
Ərdoğan Trampın Ukrayna planına açıq mesaj verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampın Ukrayna üzrə sülh planına dair açıqlama verib.
Təhlil.az xəbər verir ki, Ərdoğanın sözlərinə görə, bu plana razılıq əldə etmək mümkündür, lakin əsas sual onun necə həyata keçiriləcəyidir.
O bildirib ki, tərəflərin qanuni gözləntiləri və təhlükəsizlik ehtiyacları nəzərə alınarsa, həmçinin yeni risklər və qeyri-sabitlik yaratmazsa, sülh planı üzrə razılaşma əldə oluna bilər:
“Bu planla bağlı razılığa gəlmək mümkündürmü? Bəli, mümkündür. Əsl məsələ bunun necə icra ediləcəyidir. Bütün tərəfləri qane edən çərçivə hazırlaya bilsək, bu, uzunmüddətli həll yoluna qapı aça bilər”, – deyə, Türkiyə prezidenti qeyd edib.
Bu gün