24 noyabr
“Sülh Körpüsü”: Azərbaycan və Ermənistan arasında qarşılıqlı səfərlər başlayır

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri və ekspertlərinin daimi əsasda qarşılıqlı səfərləri təşkil olunacaq.
Təhlil.az xəbər verir ki, bu barədə İrəvanda keçirilən mətbuat konfransında 21–22 noyabr tarixlərində dörd nəfərlik heyətlə Bakıya səfər edən qrupun üzvü Areq Koçinyan məlumat verib.
Koçinyan bildirib ki, səfərlərin təşkili və təhlükəsizliyin təmin olunması prosesində hər iki ölkənin aidiyyəti qurumları iştirak edib:
“Azərbaycanlı həmkarlarımıza İrəvanda necə hiss etdiklərini soruşduq. Onlar tam təhlükəsiz olduqlarını bildirdilər. Mən də Bakıda öz təhlükəsizliyimizlə bağlı eyni sözləri deyə bilərəm”.
Təşəbbüsün iki ölkə arasında etimad quruculuğuna töhfə verəcəyi gözlənilir.
Bu gün