24 noyabr
C130 təyyarəsi ilə bağlı araşdırma qrupu Türkiyəyə qayıdıb

Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda qəzaya uğrayan C130 tipli hərbi yük təyyarəsinin araşdırılması ilə məşğul olan qrupun işini tamamlayaraq Türkiyəyə qayıtdığını açıqlayıb.
Təhlil.az xəbər verir ki, Nazirliyin rəsmi məlumatına görə:
Qəzanın səbəblərinə dair araşdırma yekunlaşdırılıb;
Təyyarənin qalıqları Kayseridəki 2-ci Əsas Baxım Zavod Müdirliyinə təhvil veriləcək.
Araşdırmanın nəticələri barədə əlavə məlumatın yaxın günlərdə açıqlanacağı gözlənilir.
Bu gün