24 noyabr

Almaniya kansleri Rusiyanın G7-yə qayıtmasına qarşıdır

Almaniya kansleri Fridrix Merts Trampın Ukrayna planında nəzərdə tutulduğu kimi Rusiyanın G7-yə qayıtma ehtimalına qarşı çıxıb.

Təhlil.az nəşrin məlumatına istinadla xəbər verir ki, o, belə bir addım üçün heç bir ilkin şərt olmadığını və "ABŞ-dən başqa heç kimin bunu istəmədiyini" qeyd edib. O, G8 formatına qayıtmağın yalnız konsensus yolu ilə mümkün olduğunu bildirib.

"Hazırda Amerikadan başqa altı hazırkı G7 üzvü arasında Rusiyanı bu qrupa yenidən qəbul etmək üçün heç bir istək görmürəm", - deyə Merts noyabrın 23-də Yohannesburqda keçirilən G20 sammitindən sonra mətbuat konfransında bildirib.

Fransa prezidenti Makron da oxşar mövqe tutur və Rusiyanın yenidən qəbul edilməsi üçün heç bir şərtin olmadığını bildirir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?