24 noyabr

ABŞ Ukraynaya NATO-nun 5-ci maddəsinə əsaslanan təhlükəsizlik sazişi təklif edib

ABŞ administrasiyası ötən həftə Ukraynaya yeni təhlükəsizlik təminatları çərçivə sazişi təqdim edib. Təhlil.az xəbər verir ki, sənəd NATO-nun məşhur 5-ci maddəsinin prinsipləri əsasında hazırlanıb.

Sazişin əsas müddəalarına əsasən, Rusiya yenidən hücum edərsə, ABŞ prezidenti Ukraynanın müdafiəsi üçün silahlı qüvvələrdən, kəşfiyyat və logistika dəstəyindən, iqtisadi və diplomatik tədbirlərdən istifadə etmək səlahiyyəti əldə edir.

Saziş NATO üzvlərinin, o cümlədən Fransa, Britaniya, Almaniya, Polşa və Finlandiyanın üzərinə ABŞ ilə koordinasiya olunmuş şəkildə hərəkət etmək öhdəliyi qoyur.

Çərçivə sazişi 10 illik müddətə nəzərdə tutulub və gələcəkdə uzadıla bilər.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?