Bu gün

“WhatsApp”da yeni funksiya istifadəyə verildi

“WhatsApp” yenilənmiş “İnformasiya” bölməsini təqdim edib. Təhlil.az xəbər verir ki, indi bu bölmə daha nəzərəçarpan olub və istifadəsi asanlaşdırılıb. Funksiya yenilənmiş interfeysə malikdir və şəxsi çatların, eləcə də istifadəçi profilinin yuxarı hissəsində yerləşdirilib.

Yenilənmiş bölmə istifadəçilərə qısa mesajlar və emojilər vasitəsilə qarşı tərəfə öz statusu və əlçatanlığı barədə tez məlumat verməyə imkan yaradır. İstifadəçilər qarşı tərəfin “İnformasiya” paylaşımına birbaşa bildirişə toxunaraq cavab verə biləcəklər.

Tətbiqin proqramçıları yeniliyi belə izah ediblər:

“İndi hər şey saniyələr içində dəyişdiyi üçün “İnformasiya” bölməsi başqalarına niyə cavab verə bilmədiyinizi və ya nə barədə danışmaq istədiyinizi çatdıracaq — bir emoji və qısa cümlə kifayətdir”.

Status standart olaraq 24 saat görünür, lakin bu müddəti artırmaq və ya azaltmaq mümkündür. Bundan əlavə, məxfilik parametrləri də genişləndirilib: istifadəçi məlumatının kimə görünəcəyini — yalnız kontaktlara və ya bütün istifadəçilərə — seçə bilər.

Funksiyanın tətbiqi bu həftə mobil cihazlarda başlayacaq və bütün istifadəçilərə mərhələli şəkildə əlçatan olacaq.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?