Bu gün

Rusiya xarici işlər nazirinin müavini Moskvada Azərbaycan səfiri ilə görüşüb

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb. Təhlil.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat açıqlamasına görə, söhbət zamanı qeyd edilib ki, Kiyevdəki Azərbaycan diplomatik nümayəndəliyinin binalarına, əmlakına və ərazisinə dəyən ziyanla bağlı noyabrın 14-də Azərbaycan tərəfinin müraciəti müvafiq Rusiya qurumları tərəfindən diqqətlə araşdırılıb. Rusiya tərəfi hadisə ilə bağlı səmimi təəssüfünü bildirir.

Eyni zamanda, mövcud məlumatların nəzərdən keçirilməsi nəticəsində müəyyən edilib ki, Kiyevdəki Azərbaycan diplomatik nümayəndəlik kompleksinə dəyən ziyana çox güman ki, Ukrayna hava hücumundan müdafiə sistemlərinin düzgün işləməməsi, ehtimal ki, Patriot raketi səbəb olub.

Görüşdə regional məsələlər, o cümlədən Rusiyanın 2020-2022-ci illərə aid üçtərəfli yüksək səviyyəli razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına mümkün köməyi, "3+3" Regional Əməkdaşlıq Platformasının rahat fəaliyyətinin təmin edilməsi ilə bağlı mövzular da müzakirə olunub.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?