Bu gün

Rüstəm Umerov: Ukrayna hələ ki, ABŞ-nin sülh planına razılıq verməyib

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının (TMŞ) katibi Rüstəm Umerov ABŞ-yə səfəri zamanı Donald Trampın təklif etdiyi sülh planını müzakirə etdiyini təsdiqləyib. Təhlil.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna hələ ki, plana razılıq verməyib və danışıqlar davam edir. Umerov yazır:

“ABŞ səfərim zamanı mənim vəzifəm texniki idi – görüşlərin təşkili və dialoqa hazırlıq. Heç bir qiymətləndirmə və ya hər hansı maddənin razılaşdırılması olmayıb. Bu, səlahiyyətlərimə daxil deyil və prosedura uyğun deyil. Dünən Ukrayna Prezidenti Tramp tərəfindən səlahiyyət verilmiş Amerika nümayəndə heyəti ilə danışıq aparıb. Bu iş bu gün artıq Kiyevdə komandalar arasında texniki səviyyədə davam edir”.

O, həmçinin Ukraynanın tələbi ilə plandan “Ukraynaya göstərilən beynəlxalq yardımın yoxlanılması” maddəsinin çıxarıldığı barədə yayılan məlumatları təkzib edib:

“Mətbuatda yayılan “razılaşdırma” və ya “bəndlərin çıxarılması” barədə xəbərlərin reallıqla heç bir əlaqəsi yoxdur. Bunlar kontekstdən kənar, yoxlanılmamış məlumatlardır. Biz tərəfdaşların təkliflərini Ukraynanın dəyişməz prinsipləri çərçivəsində diqqətlə dəyərləndiririk: suverenlik, insanların təhlükəsizliyi və ədalətli sülh”.

Qeyd edək ki, Umerov ABŞ-də bu plan üzrə danışıqları aparan əsas rəsmilərdən biridir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?