Dünən

"NBC News": Ukrayna ABŞ-nin təklif etdiyi sülh planının hazırlanmasında iştirak etməyib

“NBC News” mənbələrə istinadən xəbər verir ki, Ukrayna ABŞ administrasiyasının təklif etdiyi sülh planının hazırlanmasında iştirak etməyib.

Təhlil.az-ın məlumatına görə, iki mənbə adı çəkilən nəşrə bildirib ki, Kiyevə yalnız müqavilənin ümumi konturları barədə məlumat verilib və Ukraynanın təkliflər təqdim edə bilməyib.

ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi nəşrə bildirib ki, Trampın xüsusi nümayəndəsi Stiv Uitkof, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və prezidentin kürəkəni Cared Kuşner planın hazırlanmasında iştirak ediblər.

Yüksək vəzifəli məmur “NBC News”a deyib ki, plan hər iki tərəfə davamlı sülhü təmin etmək üçün təhlükəsizlik zəmanətləri verməyə yönəlib və bu plana Ukraynanın davamlı sülhə nail olmaq üçün istədiyi və ehtiyac duyduğu şeylər daxildir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?