Dünən

"The Thelegraph": Rusiya Ukraynaya "icarə haqqı" ödəyəcək

“The Telegraph” nəşri iddia edir ki, Rusiya Donbas üzərində nəzarətə görə Ukraynaya “icarə haqqı” ödəyəcək.

Təhlil.az xəbər verir ki, məlumata görə, bu maddə ABŞ-nin hazırladığı sülh planının əsas bəndlərindən biridir. Planın təfərrüatları açıqlanmasa da, söhbətin “torpaq üçün ödəniş” modelindən getdiyi bildirilir — yəni Ukraynanın zəngin təbii ehtiyatlara malik Donbasın bir hissəsinə faktiki çıxışı itirməsinin maliyyə kompensasiyası.

“The Telegraph” qeyd edir ki, belə bir “icarə müqaviləsi” Ukrayna hakimiyyətini Konstitusiyaya əsasən, Donbasdan imtina mövzusunda ümumxalq səsverməsi keçirmək öhdəliyindən azad edə bilər. Bununla belə, Ukrayna Donbası de-yure öz ərazisi kimi saxlayacaq, regiona isə de-fakto Rusiya nəzarət edəcək.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?