Dünən

Qəzaya uğrayan təyyarənin qara qutusu ilə bağlı Türkiyədən rəsmi açıqlama

Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan Türkiyə Silahlı Qüvvələrinin C-130 tipli hərbi yük təyyarəsinin qara qutusu araşdırılır.

Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.

Qurumun rəsmi nümayəndəsi onu da deyib ki, təyyarənin qalıqları Kayseridə yerləşən 2-ci Hava Nəqliyyat Vasitələrinin Bərpası Zavodunda ətraflı şəkildə analiz ediləcək.

Zəki Aktürk əlavə edib: “Aparılan ətraflı araşdırmanın nəticələri ictimaiyyətə açıqlanacaq. Rəsmi açıqlamalarımız xaricində yayılan xəbər və şərhlərə inanmaq düzgün deyil”.

Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu. Qəzaya uğrayan təyyarənin göyərtəsində olan 20 hərbçinin hamısı həlak olub. Hadisənin baş vermə səbəbləri araşdırılır.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?