Dünən

İran Prezidenti: Paytaxtın köçürülməsi gündəmdədir

İran Prezidenti Məsud Pezeşkian paytaxtın Tehrandan başqa yerə daşınmasının artıq zərurətə çevrildiyini bildirib.

Təhlil.az-ın məlumatına görə, o qeyd edib ki, Tehran əhalinin artımı və tikinti yükünü artıq daşıya bilməz.

“Bu regionu inkişaf etdirmək olar, amma su problemini həll etmək mümkün deyil”, - deyə Pezeşkian bildirib.

Prezident Fars körfəzindən Tehrana su gətirilməsi layihəsinin isə “çox bahalı və elə də məntiqli olmayan” addım olduğunu vurğulayıb.

Sonda Pezeşkian İranın gələcəyi üçün yeni və kompleks inkişaf xəritəsinin hazırlanmasının vacibliyini deyib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?