ExxonMobil Lukoil-un İraq aktivlərinə göz dikdi

Amerika enerji nəhəngi ExxonMobil, sanksiyalar altında olan Rusiyanın Lukoil şirkətinin xarici aktivlərini almaq ehtimalını nəzərdən keçirir.
Təhlil.az xəbər verir ki, bu barədə məlumatı mənbələr yayıb.
Bildirilib ki, ExxonMobil bu prosesdə Chevron-a qoşulub. Hazırda qiymətləndirilən aktivlər arasında ABŞ şirkətlərinin Lukoil ilə artıq tərəfdaş olduğu Qazaxıstandakı Karaçağanak və Tengiz yataqlarındakı paylar da yer alır.
Mənbələrə görə, ExxonMobil-in əsas maraq göstərdiyi obyekt İraqdakı Qərbi Qurna-2 neft yatağıdır. Bu yataq Lukoil-un ən qiymətli beynəlxalq aktivlərindən biri hesab olunur. Şirkət bundan əvvəl Qərbi Qurna-1 layihəsində fəaliyyət göstərmiş, lakin ötən il layihədən çıxmışdı.
Danışıqlar davam edir və tərəflərin mövqeləri barədə rəsmi açıqlama verilməyib.