Dünən

Rusiya 19 mindən çox xarici vətəndaşı deportasiya etdi

Rusiya Daxili İşlər Nazirliyi ölkədə aparılan genişmiqyaslı əməliyyatlar nəticəsində 19 mindən çox xarici vətəndaşın immiqrasiya qaydalarını pozduqları üçün deportasiya edildiyini açıqlayıb.

Təhlil.az xəbər verir ki, nazirliyin sözçüsü İrina Volkun açıqlamasına əsasən, yoxlamalar zamanı ümumilikdə 128 mindən çox immiqrasiya qanun pozuntusu aşkar olunub. Qanunsuz miqrasiya ilə bağlı təxminən 4 800 cinayət işi açılıb.

Volkun sözlərinə görə, əlavə olaraq narkotika, qanunsuz silah ticarəti və ekstremizmlə əlaqəli cinayətlər üzrə 1 500-dən artıq iş üzrə istintaq davam etdirilir.

Rusiya tərəfi ölkədə immiqrasiya nəzarətinin gücləndirildiyini və qaydaları pozan şəxslərlə bağlı sərt tədbirlərin tətbiq olunduğunu bildirir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?