Dünən

Zelenski: “Yalnız Tramp və ABŞ müharibəyə son qoymaq gücünə malikdir”

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqları yüksək qiymətləndirib.

Təhlil.az xəbər verir ki, dövlət başçısı sosial şəbəkədə yaydığı açıqlamada Ankaranın diplomatik fəallığını vacib adlandırıb.

Zelenski bildirib ki, Ərdoğanla görüşdə müharibənin “davamlı və ləyaqətli şəkildə sona çatması üçün real yollar” geniş müzakirə olunub.

“Bu ilin əvvəlindən Ukraynada biz Prezident Donald Trampın hər bir qətiyyətli addımını, liderliyini və müharibəyə son qoymağa yönəlmiş hər bir güclü və ədalətli təklifini dəstəkləmişik. Və yalnız Prezident Tramp və Amerika Birləşmiş Ştatları bu müharibəyə son qoymaq gücünə malikdir”,- deyə, Ukrayna lideri vurğulayıb.

O həmçinin qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğan yeni danışıqlar formatları təklif edib və Kiyev bu təşəbbüsləri dəstəkləyir.

Zelenskinin sözlərinə görə, Türkiyənin lazımi diplomatik platformanı təmin etməyə hazır olması Ukrayna üçün mühüm əhəmiyyət kəsb edir.

O, Ukraynanın nəticə verə biləcək digər bütün mənalı formatlarda işləməyə hazır olduğunu da bildirib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, qan tökülməsinin dayandırılması və davamlı sülhün təmin edilməsi üçün əsas şərt bütün tərəfdaşların koordinasiyalı şəkildə hərəkət etməsi və ABŞ liderliyinin güclü və təsirli qalmasıdır.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?