20 noyabr

Dünyanın ən bahalı ticarət küçələri

Londondakı Nyu-Bond küçəsi dünyanın ən bahalı ticarət küçəsi elan edilib.

Təhlil.az xəbər verir ki, bu göstərici “Cushman & Wakefield”ın 2025-ci il üzrə illik hesabatına əsasən müəyyən edilib. 

Məlumata görə, Nyu-Bond ötən ilin lideri olan Milandakı Montenapoleone küçəsini geridə qoyaraq reytinqin ilk pilləsinə yüksəlib.

Hesabata əsasən, Nyu-Bondda kommersiya obyektlərinin illik icarə haqları 22% artıb və hazırda bir kvadratmetr üçün 20 482 avro təşkil edir.

Bu göstərici 2025-ci ildə qlobal ticarət məkanlarında qiymət rekordunun yenilənməsi deməkdir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?