20 noyabr

Suriya və Ermənistan XİN rəhbərləri Bakı-İrəvan sülh prosesini müzakirə ediblər

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Suriya xarici işlər naziri Əsəd əş-Şibani telefonla Cənubi Qafqazdakı sülh prosesini müzakirə ediblər.

Təhlil.az xəbər verir ki, Suriya xarici işlər naziri avqustun 8-də Vaşinqtonda əldə edilən razılaşmalar nəticəsində Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması münasibətilə erməni həmkarını təbrik edib.

XİN rəhbərləri sülhün ardıcıl şəkildə möhkəmləndirilməsi üçün atılan addımlar barədə fikir mübadiləsi aparıblar.