19 noyabr

Gürcüstan Ermənistan və Azərbaycanın sülh müqaviləsini paraflamasını alqışlayır

Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayır.

Gürcüstan prezidenti Mixeil Kavelaşvili bunu çərşənbə günü Tbilisidə erməni həmkarı Vaaqn Xaçaturyanla görüşündə bildirib.

O, Gürcüstanın Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasını ardıcıl olaraq dəstəklədiyini və lazım gəldikdə töhfə verməyə hazır olduğunu vurğulayıb.

Tərəflər Gürcüstan və Ermənistan arasında mövcud ikitərəfli münasibətləri, eləcə də müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Prezidentlər mövcud siyasi prosesləri nəzərdən keçirib və sürətlə dəyişən beynəlxalq nizam şəraitində regionda sülhün və sabitliyin qorunmasının vacibliyinə diqqət yetiriblər.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?