Bu gün
Rusiyanın ən böyük aeroportlarında immiqrasiya nəzarət məntəqələri açılıb

Şəkil: @IrinaVolk_MVD telegram kanalındakı videodan ekran görüntüsü
Rusiyanın ən böyük hava limanlarında ilk 12 immiqrasiya nəzarət məntəqəsi açılıb.
Təhlil.az xəbər verir ki, əsas məqsədi immiqrasiya qanunlarını pozan əcnəbiləri müəyyən etmək olan nəzarət məntəqələri Rusiyanın ən böyük hava limanlarında fəaliyyətə başlayıb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi sözçüsü İrina Volk bildirib.
Volk özünün “Telegram” kanalında yazıb ki, "ilk 12 immiqrasiya nəzarət məntəqəsi" ölkənin ən böyük hava limanlarında, o cümlədən Moskva hava qovşağı, Soçi, Sankt-Peterburq, Kazan, Novosibirsk, Yekaterinburq, Krasnoyarsk və digər şəhərlərdə fəaliyyətə başlayıb.
Bu gün