Bu gün

İran Çindən gələn təchizatlarla raket imkanlarını genişləndirir

İsrail və İran arasında müvəqqəti atəşkəs qüvvədə olsa da, Tehran raket proqramını genişləndirməyə davam edir. Təhlil.az xəbər verir ki, “The National Interest” nəşrinin Avropa kəşfiyyat mənbələrinə istinadən verdiyi məlumata görə, İran 12 günlük münaqişədən sonra ballistik raket istehsalını artırır.

Ölkəyə silah göndərilməsini qadağan edən mövcud BMT sanksiyalarına baxmayaraq, Tehran raket istehsalı üçün lazım olan materialları alır. Xüsusilə, bərk raket yanacağı istehsalında istifadə edilən kimyəvi maddə olan natrium perxlorat Çindən İranın Bəndər Abbas limanına çatdırılıb. Nəşrin məlumatına görə, bu, İrana arsenalını doldurmağa və raket proqramını davam etdirməyə imkan verir.

Ekspertlər qeyd edirlər ki, İslam Respublikasının raket imkanlarının genişlənməsi İsrail üçün birbaşa təhlükə yaradır.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?