Bu gün
ABŞ və Rusiya gizli şəkildə yeni plan üzərində işləyir

ABŞ və Rusiya Ukraynada müharibənin başa çatdırılmasına dair yeni plan hazırlayır. Təhlil.az xəbər verir ki, bu barədə “Axios” nəşri amerikalı və rusiyalı rəsmilərə istinadla məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, sənəd 4 əsas istiqamət üzrə 28 bənddən ibarətdir:
Ukraynada sülhün təmin edilməsi;
Təhlükəsizlik zəmanətləri;
Avropada təhlükəsizlik məsələləri;
Vaşinqtonun Moskva və Kiyevlə gələcək münasibətlərinin formalaşdırılması.
Hazırda tərəflər planın detallarını müzakirə edir.
Bu gün