19 noyabr

Xalq artisti Roza Cəlilova vəfat edib

Xalq artisti, 97 yaşlı rəqqasə Roza Cəlilova vəfat edib

Təhlil.az xəbər verir ki, hadisə sənətkarın yaşadığı mənzildə - Bakının Səbail rayonunda T. Elçin küçəsi 5 ünvanında qeydə alınıb.

Məlumata görə, Roza Cəlilova həkimə çatdırılmadan əvvəl vəfat edib.

Qeyd edək ki, Roza Cəlilova 17 may 1929-cu ildə Qubada anadan olub.  Opera və Balet Teatrında və Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyət göstərib. 

17 sentyabr 2007-ci ildə Xalq artisti adı ilə, 16 may 2019-cu ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.

SORĞU

İstilik təchizatı

Yaşadığınız evin istilik təchizatını hansı üsulla təmin edirsiniz?