18 noyabr
Peskov: Sabah Türkiyədə Rusiya nümayəndələri olmayacaq

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin sabahkı danışıqlar barədə açıqlamasını şərh edərkən bildirib ki, sabah Türkiyədə Rusiya nümayəndələri olmayacaq.
Təhlil.az xəbər verir ki, Peskov hələlik Kiyevdən Ukraynanın "danışıqları bərpa etməyə hazırlığı" barədə Rusiyanın heç bir məlumat almadığını qeyd edib.
Bir müddət əvvəl “Reuters” agentliyi Trampın xüsusi elçisi Uitkofun noyabrın 19-da Türkiyəyə səfər edəcəyini və Zelenski ilə danışıqlarda iştirak edəcəyini bildirmişdi.
Bu gün