18 noyabr

İran Hindistanla vizasız səyahəti ləğv edir

İran hökuməti noyabrın 22-dən etibarən Hindistanla vizasız səyahətin ləğv olunacağını elan etdi.

Təhlil.az xəbər verir ki, bundan sonra Hindistan vətəndaşlarından həm İrana səfər etmək, həm də tranzit üçün viza tələb olunacaq.

Hindistan Xarici İşlər Nazirliyi bunun səbəbinin Hindistan vətəndaşlarına qarşı cinayətlərin artması olduğunu bildirib. Cinayətkarlar hindliləri iş vədləri ilə İrana cəlb edir, daha sonra onları qaçıraraq fidyə tələb edirmişlər.

Artıq bütün aviaşirkətlər tranzitdə olanlar da daxil olmaqla, İrana səyahət edən sərnişinlərin viza statusunu yoxlamalı olacaqlar.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?