18 noyabr
Türkiyədə FETÖ-yə qarşı əməliyyat: Şübhəlilər arasında hərbi və dövlət məmurları da var

Ankara Baş Prokurorluğu FETÖ ilə əlaqədə şübhəli bilinən 22 nəfər haqqında həbs qərarı verib. Təhlil.az xəbər verir ki, bu şəxslərdən 8-i aktiv hərbi qulluqçu, 10 nəfər təqaüdə çıxmış və ya tərxis olunmuş şəxsdir. 3 nəfər dövlət işçisidir. Prokurorluğun məlumatına görə, şübhəlilər FETÖ-nun "gizli xidməti" ilə əlaqəlidirlər. Məlum olub ki, onlar rəhbərləri ilə əlaqə saxlamaq üçün Türkiyə paytaxtının müxtəlif yerlərində stasionar telefonlardan istifadə ediblər.
Hazırda şübhəlilərin saxlanılması üçün əməliyyatlar ölkənin doqquz əyalətində eyni vaxtda aparılır.
Dünən