18 noyabr

ATƏT Parlament Assambleyası Gürcüstanla bağlı qətnamə qəbul etdi

Milli Hərəkat Partiyasının sədri Tina Bokuçava ATƏT Parlament Assambleyasının İvanişvili rejiminin avtoritar addımlarını və ölkədəki siyasi repressiyaları pisləyən qətnamə qəbul etdiyini açıqlayıb

Təhil.az xəbər verir ki, Bokuçava vurğulayıb:

"Bir neçə dəqiqə əvvəl ATƏT Parlament Assambleyasının iclasında Avropa Xalq Partiyası və ən böyük, ən nüfuzlu siyasi qrup olan Həmfikir Siyasi Qrup Gürcüstanla bağlı xüsusi qətnamə qəbul etdi. Qətnamədə İvanişvili rejiminin avtoritar addımları müzakirə olunur və ölkədəki siyasi repressiyalar təsvir olunur. Həmçinin beynəlxalq tərəfdaşları diktaturanı möhkəmləndirmək məqsədilə korrupsiya vasitələrindən istifadənin qarşısını almaq üçün rejimin və onun repressiv aparatının maliyyə resurslarını məhdudlaşdırmaq tədbirləri də daxil olmaqla, bütün mövcud beynəlxalq alətlərdən istifadə etməyə çağırır".

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?