18 noyabr

Zelenski sabah Türkiyəyə gedəcək

Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 19-da Türkiyəyə səfər edəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Zelenski öz "Telegram" kanalında paylaşım edib.

"Sabah (noyabrın 19-da - red.) Türkiyədə görüşlərimiz olacaq. Danışıqların aktivləşdirilməsinə hazırlaşırıq və tərəfdaşlarımıza təklif edəcəyimiz həll yolları hazırlamışıq. Bütün gücləri müharibənin sonunu yaxınlaşdırmağa yönəltmək - bu, Ukraynanın prioritetidir. Həmçinin əsirlərin mübadiləsi və qaytarılmasını bərpa etmək üzərində də çalışırıq", - deyə o paylaşımda bildirib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?