Bu gün
ABŞ Dövlət Departamentinin nümayəndəsi Tbilisidədir

ABŞ Dövlət Departamentinin baş müşaviri Conatan Askonas avqustun 8-də ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında keçirilən sülhməramlı sammitdən sonra yaradılan nəqliyyat dəhlizində - Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunda (TRIPP) ölkəsinin iştirakını müzakirə etmək üçün Gürcüstana səfər edib.
Təhlil.az xəbər verir ki, ABŞ-nin Gürcüstandakı səfirliyinin açıqlamasında bildirilir: "Dövlət Departamentinin baş müşaviri Conatan Askonası Gürcüstanda salamlamaqdan məmnunuq. Onun səfərinin məqsədi Gürcüstanın TRIPP-i necə dəstəkləyə biləcəyini müzakirə etməkdir. Bu səhər o, ABŞ-ınin dəstəyi sayəsində tikintisi mümkün olan Sadaxlo Avtomobil Gömrük Keçid Məntəqəsini ziyarət edib".
Bu gün