Bu gün

BMT Şurası Trampın Qəzza planını təsdiqlədi

BMT Təhlükəsizlik Şurası ABŞ Prezidentinin Qəzza zolağı üçün sülh planını dəstəkləyən qətnamə layihəsini səsverməyə çıxararaq qəbul edib. Təhlil.az xəbər verir ki, sənəd 15 üzvdən 13-nün dəstəyi ilə qəbul olunub, Rusiya və Çin səsvermədə bitərəf qalıb.

ABŞ Prezidenti Donald Tramp Təhlükəsizlik Şurasının üzvlərinə təşəkkür edərək bildirib ki, Vaşinqtonun təklif etdiyi plan Qəzza üçün sülh prosesinin əsas mərhələsidir.

O həmçinin qeyd edib ki, Qəzza Sülh Şurasında “ən vacib ölkələrin” nümayəndələri yer alacaq və qurumun tam tərkibi yaxın zamanda açıqlanacaq.

Məlumatlara görə, keçmiş Böyük Britaniya baş naziri Toni Bleyrin də bu struktura daxil olacağı gözlənilir.

HƏMAS isə bəyan edib ki, qətnamə “Fələstin xalqının maraqlarına uyğun olmadığı üçün” qəbul edilə bilməz və sənədi rədd etdiyini açıqlayıb.