18 noyabr

Yaponiyada 5,2 maqnitudalı zəlzələ

Yaponiyanın Honşu adası sahillərində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Təhlil.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri Miyako şəhərindən 108 km şimal-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 33 km dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.