18 noyabr

İranda Xəzəryanı ölkələrin sahilyanı vilayət rəhbərlərinin toplantısı keçiriləcək

Noyabrın 18–19-da İranda Xəzəryanı dövlətlərin sahilyanı vilayət rəhbərlərinin görüşü təşkil olunacaq. Toplantı Gilan vilayətinin Rəşt şəhərində “Xəzər – dostluq və regional inkişaf körpüsü” devizi altında keçiriləcək.

Tədbirdə beş Xəzəryanı ölkənin – Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın nümayəndələri iştirak edəcək. Görüşün məqsədi Xəzər hövzəsi ölkələri arasında regional əməkdaşlığı genişləndirmək, iqtisadi və sosial inkişaf layihələrini müzakirə etməkdir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?