Bu gün

Makronun seçki maliyyəsi işi böyüyür

Fransa Prezidenti Emmanuel Makronun seçki kampaniyalarının qanunsuz maliyyələşdirilməsi ilə bağlı istintaq çərçivəsində “McKinsey” konsaltinq şirkətinin Paris ofisində axtarış aparılıb.

Təhlil.az xəbər verir ki, axtarış noyabrın 6-da həyata keçirilib.

Məlumata görə, bundan əvvəl müstəntiqlər “McKinsey” şirkətinin hazırkı və keçmiş rəhbərlərinin evlərində, Makronun “Dirçəliş” partiyasının ofisində və firmanın Parisdəki mənzil-qərargahında da axtarışlar aparıblar.

Fransanın Milli Maliyyə Prokurorluğu 2022-ci ildə “McKinsey” ilə bağlı istintaqa başlayıb. İddiaya görə, şirkət 2017 və 2022-ci illərdə Makronun seçkiqabağı kampaniyalarının maliyyələşdirilməsində qanunsuz iştirak edib.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?