Koronavirusdan sağalanlarda damar axınını pozan strukturlar aşkarlandı

"COVID-19"dan sağalan insanların qanında qeyri-adi dəyişikliklər aşkar edilib.
Təhlil.az xəbər verir ki, yeni araşdırma COVID-19 keçirən şəxslərin qanında “mikrotrombositlər” adlanan qeyri-adi yapışqan hissəciklərin formalaşdığını göstərib. Alimlərin məlumatına görə, bu mikrotromblar xroniki yorğunluq, diqqət çatışmazlığı sindromu və tənəffüs problemləri ilə əlaqəli ola bilər.
Tədqiqat nəticəsində müəyyən edilib ki, mikrotromblar immun hüceyrələrinin patogenləri tutmaq üçün buraxdığı DNT və ferment şəbəkələri ilə sıx komplekslər əmələ gətirir. Bu komplekslərin COVID-19-dan sağalan insanlarda sağlam şəxslərlə müqayisədə təxminən 20 dəfə çox olduğu bildirilib.
Ətraflı analiz isə göstərib ki, bu mikrotromblar daha asan parçalanır və nəticədə ən kiçik damarların qan dövranını pozur. Mütəxəssislərin sözlərinə görə, bu proses orqanizmdə uzunmüddətli iltihabı artıraraq post-COVID simptomlarının davam etməsinə səbəb ola bilər.
Araşdırma COVID-19-un orqanizmdə uzunmüddətli təsirləri ilə bağlı yeni elmi sübutlar ortaya qoyur.