Bu gün
Yaponiyanın baş naziri ABŞ-nin nüvə silahlarının ölkə ərazisində yerləşdirilməsini istisna etmədi

Yaponiyanın baş naziri Sanae Takaiçi hazırkı qanunvericiliyin ölkəyə nüvə silahlarının gətirilməsini qadağan edən məhdudiyyətlərinin yenidən nəzərdən keçirilməsinin zəruriliyini bildirib. Təhlil.az xəbər verir ki, bu barədə “Mainichi” qəzeti məlumat yayıb.
Takaiçi bəyan edib ki, Yaponiyanın təhlükəsizlik şəraiti dəyişir və buna uyğun olaraq müdafiə siyasətinin də yenilənməsi vacibdir.
Ekspertlər bu bəyanatı ABŞ ilə hərbi əməkdaşlığın yeni mərhələyə keçməsi kimi qiymətləndirir, lakin məsələ ölkə daxilində ciddi ictimai və siyasi müzakirələr doğurub.
Bu gün