Bu gün

AYNA yeni avtobus zolağı ilə bağlı narazılıqlara cavab verdi

Bir neçə gün öncə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Moskva prospektinin Biləcəri enişi adlanan hissəsindən Həmdəm Ağayev küçəsinədək xüsusi hərəkət zolağı təşkil edilib. Sosial şəbəkələrdə yayılan videolarda bəzi sürücülər zolağın avtobuslar tərəfindən az istifadə olunduğunu iddia edərək yolun daraldığını və tıxac yaratdığını bildiriblər.

Təhlil.az xəbər verir ki, AYNA bu barədə açıqlama verib.

Qurumdan bildirilib ki, yeni avtobus zolağı ilə hazırda gün ərzində 960 avtobus hərəkət edir və bu, 90 minə yaxın sərnişinin rahat və maneəsiz şəkildə daşınmasına imkan yaradır:

“Sözügedən yol sahəsində 102, 114A, 114B, 119, 199, 500, 503, 508 və 594 nömrəli marşrutlar daxil olmaqla ümumilikdə 9 marşrut fəaliyyət göstərir.”

Qurum həmçinin qeyd edib ki, xüsusi hərəkət zolağı ilə işləyəcək marşrut və avtobus sayının artırılması planlaşdırılır:

“Bu, Sumqayıt, Xırdalan şəhərləri və Masazır qəsəbəsi istiqamətində hərəkət edən sərnişinlərin fasiləsiz daşınmasına müsbət təsir göstərəcək. Əvvəllər avtobuslar pik saatlarda bu məsafəni 15 dəqiqəyə qət edirdisə, xüsusi zolağın açılmasından sonra həmin məsafə cəmi 4 dəqiqəyə qət olunur.”

AYNA bildirir ki, xüsusi zolağın məqsədi ictimai nəqliyyatın hərəkətini sürətləndirmək, ümumi yol infrastrukturunun səmərəliliyini artırmaq və sərnişinlərin vaxt itkisini minimuma endirməkdir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?