Bu gün
Banqladeş məhkəməsindən sabiq baş nazirə ölüm hökmu

Banqladeş məhkəməsi ölkənin devrilmiş baş naziri Şeyx Hasinanı bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilib və onu qiyabi şəkildə ölüm hökmünə məhkum edib.
Təhlil.az xəbər verir ki, məhkəmə qərarına əsasən, Şeyx Hasina və onun yaxın çevrəsi 2024-cü ildə ölkədə inqilabla nəticələnən kütləvi etirazların “amansız şəkildə yatırılmasında” ittiham olunur.
Qeyd edək ki, Şeyx Hasina hakimiyyətdən devrilməsindən sonra ölkəni tərk edib və hazırda məhkəmə proseslərində iştirak etmir.