Bu gün
ABŞ və Ermənistandan Türkiyə ilə dialoq mesajı

Ermənistan və ABŞ rəsmiləri Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması ilə bağlı məsələləri gündəmə gətiriblər.
Təhlil.az xəbər verir ki, bu barədə Ermənistan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 17 noyabrda Ermənistan parlamentinin sədr müavini və Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker ilə görüş keçirib.
Tərəflər görüş zamanı Ermənistan–ABŞ strateji tərəfdaşlığının inkişafı, bölgədəki son proseslər və İrəvanla Ankara arasında münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə ediblər.