Bu gün
Almaniyanın müdafiə naziri: NATO ilə Rusiya arasında müharibə başlaya bilər

Almaniyanın müdafiə naziri Boris Pistorius bildirib ki, 2028-2029-cu illərdə NATO ilə Rusiya arasında müharibə başlaya bilər.
Təhlil.az xəbər verir ki, Pistorius deyib:
"Biz həmişə bunun 2029-cu ildə baş verə biləcəyini demişik. Lakin indi münaqişənin 2028-ci ildə baş verə biləcəyinə dair təxminlər var. Bəzi hərbi tarixçilər sülhün son yayını yaşadığımıza inanırlar".
O, NATO ölkələrinin silahlı qüvvələrinin Rusiyaya qarşı mümkün hərbi əməliyyatlar üçün daha yaxşı təchiz olunmasının vacibliyini vurğulayıb. Bundan əlavə, Berlin tədricən keçmiş çağırışçılardan ibarət ehtiyat qüvvələr yaradacaq ki, bu da NATO-nun ümumi müdafiə qabiliyyətini gücləndirəcək.