Bu gün

Tramp: “Rusiya ilə işləyən hər bir ölkə sərt sanksiyalarla üzləşəcək”

ABŞ prezidenti Donald Tramp Rusiyanın əməkdaşlıq etdiyi bütün ölkələrə qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəklədiyini açıqlayıb.

Təhlil.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında deyib: "Sənəd hazırda Konqresdə müzakirə olunur və qəbul ediləcəyi təqdirdə Moskva ilə əməkdaşlıq edən istənilən dövlət ciddi iqtisadi cəzalarla üzləşəcək".

 "Bildiyiniz kimi, bu təşəbbüs mənə məxsusdur. Rusiya ilə iş görən hər bir ölkə çox sərt sanksiyalarla qarşılaşacaq”, – deyə ABŞ lideri vurğulayıb.

Yeni qanun layihəsi Rusiyaya beynəlxalq təzyiqi artırmağı və onun xarici tərəfdaşlarını çəkindirməyi hədəfləyir.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?