Bu gün
ABŞ-nin vitse-prezidentinin korteji qəzaya düşüb

Tennessi ştatının Merivil şəhərində vitse-prezident Cey Di Vensin müşayiət kortejində ciddi yol-nəqliyyat hadisəsi baş verib.
Təhlil.az xəbər verir ki, kortejdəki polisə məxsus “SUV” tipli avtomobil qəzaya düşüb.
Polis əməkdaşı Castin Braun ağır xəsarətlər alıb və dərhal xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kritik olduğu, həkimlərin isə artıq cərrahi müdaxilə həyata keçirdiyi bildirilib.
Hadisənin səbəbləri araşdırılır.
15 noyabr
15 noyabr
15 noyabr