Bu gün

Tramp: “ABŞ tezliklə nüvə sınaqları keçirəcək”

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton administrasiyası yaxın vaxtlarda nüvə sınaqları keçirməyi planlaşdırır.

Təhlil.az xəbər verir ki, o jurnalistlərə aıqlamasında deyib: “Biz nüvə sınaqları keçirəcəyik, çünki başqaları da keçirirlər”. 

“Bu sınaqlarda nüvə döyüş başlığı partladılacaqmı?” sualına cavab verən Tramp bu barədə ətraflı məlumat vermək istəmədiyini, lakin ABŞ-nin digər ölkələr kimi nüvə sınaqları keçirəcəyini vurğulayıb.

“Bizim istənilən digər dövlətdən daha çox nüvə silahımız var və onu sınamalıyıq”, – deyə o, əlavə edib.

Tramp həmçinin iddia edib ki, ABŞ-də nüvə silahının modernləşdirilməsi və bəzi hissələrinin yenidən istehsalı məhz onun dövründə mümkün olub:
“Bunu etmək istəmirdim, amma başqa yol qalmadı, çünki digər ölkələrdə də bu silah var”.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?