Bu gün

Buenos-Ayres yaxınlığında aqrokimya zavodunda güclü partlayış baş verib

Argentinanın paytaxtı Buenos-Ayresin yaxınlığında yerləşən aqrokimya məhsulları istehsal edən zavodda güclü partlayış baş verib.

Təhlil.az xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində azı 22 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Partlayış dalğası yaxınlıqdakı evlərə ciddi ziyan vurub, bir çox binaların şüşələri sınıb.

Eseysa şəhər xəstəxanasından verilən açıqlamada bildirilib ki, şüşə qırıntılarından yaranan kəsiklər, travmalar və yanıq xəsarətləri ilə çoxsaylı yaralılar xəstəxanaya yerləşdirilib.

Hazırda hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Hakimiyyət orqanları əhalini pəncərələri bağlı saxlamağa çağırıb, çünki zəhərli maddələrin havaya qarışması riski mövcuddur.

Yaxınlıqdakı Pistarini adına beynəlxalq hava limanının fəaliyyəti isə davam edir. Partlayışın səbəbləri araşdırılır.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?