Bu gün
Yaponiya Çinlə münasibətlərin sabitləşməsinə çalışır

Yaponiya hökuməti Çinlə münasibətləri konstruktiv və sabit məcraya qaytarmaqda maraqlıdır.
Təhlil.az xəbər verir ki, bu barədə Yaponiyanın hakim Liberal Demokrat Partiyasının siyasi şurasının rəhbəri Takayuki Kobayaşi Çin Xarici İşlər Nazirliyinin öz vətəndaşlarına Yaponiyaya səfər etməmək barədə xəbərdarlığına münasibət bildirərkən deyib.
Kobayaşinin sözlərinə görə, Yaponiya tərəfi ümid edir ki, Baş nazir Sanae Takaiçinin Tayvanla bağlı bəyanatlarından sonra yaranan gərginliyi aradan qaldırmaq mümkün olacaq.
“Biz baş verənlərə sakit yanaşmalıyıq. Yaponiya–Çin münasibətlərinin konstruktiv və sabit olması üçün dialoqu və səyləri davam etdirəcəyik”, – deyə Kobayaşi vurğulayıb.