Bu gün

Rumıniya Rusiyaya hava məkanının pozulmasına görə etiraz edib

Rumıniya Xarici İşlər Nazirliyi Rusiyanın Buxarestdəki səfiri Vladimir Lipayevi çağıraraq ölkənin hava məkanının pozulmasına etiraz edib.

Təhlil.az xəbər verir ki, diplomatla görüş zamanı 11 noyabr gecəsi Rusiya pilotsuz uçuş aparatının Rumıniya hava məkanını pozduğuna dair təkzibolunmaz sübutlar təqdim olunub. Rumıniya hakimiyyəti həmin PUA-nın Ukraynada mülki infrastruktura hücumlarda iştirak etdiyini göstərən qalıqlarını aşkarlayıb.

Rəsmi Buxarest bu hadisə ilə bağlı sərt etirazını bildirib və və hadisənin vətəndaşların təhlükəsizliyi və regionun sabitliyi üçün risklər yaratdığını vurğulayıb.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?