Bu gün
Əs-Suveydada Suriya ordusu ilə silahlı qruplar arasında daha bir toqquşma

Dünən gecə Suriya druzlarının mənəvi lideri əl-Hicri ilə əlaqəli silahlı qruplar Suriyanın cənubundakı əs-Suveyda əyalətinin kənd yerlərində Suriya ordusunun mövqelərini atəşə tutublar. Toqquşmalar nəticəsində həlak olan və yaralananlar olub.
Təhlil.az xəbər verir ki, vilayət qubernatorunun sözlərinə görə, hücumda məqsəd bölgədə qeyri-sabitlik yaratmaq olub. O, bu cür hərəkətlərlə mübarizə aparmağa və Suriyanın cənubunda yaşayan insanların təhlükəsizliyini təhdid edən halların qarşısını almaq üçün səy göstərməyə çağırıb.