Bu gün

Kiyev növbəti dəfə raket və dronlarla vurulub

Şəkil: AFP

Rusiya ordusu gecə yarısından etibarən Ukraynanın paytaxtı Kiyevə hava hücumu həyata keçirib.

Təhlil.az Ukrayna mediasına istinadla xəbər verir ki, şəhərdə hava hücumundan müdafiə sistemi işə düşüb, ardıcıl partlayış səsləri eşidilib.

Hücumda müxtəlif tipli, o cümlədən ballistik raketlər və zərbə dronları istifadə olunub.

Zərərsizləşdirilən raket və dronların qalıqları yaşayış binalarında yanğına səbəb olub.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?