Bu gün
ABŞ “Southern Spear” əməliyyatına start verdi

ABŞ Qərb yarımkürəsində narkokartellərə qarşı “Southern Spear” (“Cənub nizəsi”) adlı yeni genişmiqyaslı əməliyyatın başladığını açıqlayıb.
Təhlil.az xəbər verir ki, bir neçə gün ərzində ABŞ-nin ən böyük aviadaşıyıcısı — “USS Gerald R. Ford” hərbi kontingentlə birlikdə Venesuela sahillərinə çatacaq.
Əməliyyatın məqsədi regionda narkotik ticarətinə rəhbərlik edən kartelləri zəiflətmək və onların marşrutlarını dağıtmaqdır.